Ukrayna Baş Qərargahında Rusiya hərbi qüvvələrinin bir hissəsinin Kiyev və Çerniqov vilayətlərindən geri çəkildiyini bildirirlər, Rusiya tərəfi də məlumatı təsdiqləyir
Ukrayna Baş Qərargahında Rusiya hərbi qüvvələrinin bir hissəsinin Kiyev və Çerniqov vilayətlərindən geri çəkildiyini bildirirlər.
Ukrayna Baş Qərargahında qeyd olunub ki, Rusiyanın öz qüvvələrini gücləndirmək və onların rotasiyası ilə bağlı problemləri var.
Bu məlumatı Rusiya tərəfi də təsdiqləyir. Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Türkiyədəki danışıqlardan sonra qeyd etdiyi üzrə, Rusiya Kiyev və Çerniqov vilayəti istiqamətində hərbi əməliyyatları radikal şəkildə azaldacaq.