Ukrayna Baş Qərargahı - işğalçı qüvvələr Mariupola aviazərbələr endirməyi davam etdirir və Donbasda hücum əməliyyatları həyata keçirirlər
Ukrayna Baş Qərargahı - işğalçı qüvvələr Mariupola aviazərbələr endirməyi davam etdirir və Donbasda hücum əməliyyatları həyata keçirirlər

 
Rusiya işğalçı qüvvələri Mariupola aviazərbələr endirməyi davam etdirir və Donbasda hücum əməliyyatları həyata keçirirlər-bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında qeyd olunub.

“Düşmən Mariupola aviazərbələr endirməyi davam etdirirdi. Onların əsas səyləri “Azovstal” zavodunun ərazisində olan silahlı qüvvələrimizin bölmələrini bloklamağa yönləndirilmişdi. Həmçinin Rusiya qoşunlarının bölmələri Mariupoldan Kuraxovskiyə dislokasiya olunub” -deyə Baş Qərargahın məlumatında deyilir.

Eyni zamanda, Baş Qərargahın məlumatına görə, Kuraxovski istiqamətində işğalçıların bölmələri Birinci Ordu Korpusunun əlavə artilleriya hissələri ilə gücləndirilib.

“Düşmən mülki infrastrukturu məhv etmək və qoşunlarımızın logistik sistemini pozmaq üçün hava və raket zərbələri endirməkdə davam edir. Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin yerini müəyyən etmək üçün düşmən pilotsuz uçuş aparatlarından istifadə edərək hava kəşfiyyatı aparıb. İşğalçılar Rubejnoe və Popasne yaşayış məntəqələri üzərində tam nəzarət yaratmaq cəhdlərini davam etdirir, Severodonetskiyə doğru irəliləmək üçün hazırlıq tədbirləri görürlər. Düşmən qoşunlarımızı artilleriya ilə bombalamağa davam edir”- deyə məlumatda bildirilir.

Baş Qərargahın məlumatına görə, ümumilikdə işğalçılar Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarəti ələ keçirmək və müvəqqəti işğal olunmuş Krımla quru dəhlizini saxlamaq məqsədilə Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını davam etdirirlər.