Ukrayna Baş Qərargahı - düşmən Donetsk və Luqansk regionlarının ərazilərinə tam nəzarət etməyə və müvəqqəti işğal olunmuş Krımla quru dəhlizini saxlamağa çalışır
Ukrayna Baş Qərargahı - düşmən Donetsk və Luqansk regionlarının ərazilərinə tam nəzarət etməyə və müvəqqəti işğal olunmuş Krımla quru dəhlizini saxlamağa çalışır

 
Düşmən Donetsk və Luqansk regionlarının ərazilərinə tam nəzarət etməyə və həmçinin müvəqqəti işğal olunmuş Krımla quru dəhlizini saxlamaq üçün Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını davam etdirməyə çalışır-bu barədə Ukrayna Baş Qərargahının nümayəndəsi Aleksandr Ştupun bildirib.

Onun sözlərinə görə, Ukrayna miqyasında mülki hədəflərə raket və hava zərbələri səngimir. O, aprelin 18-də Rusların qərb bölgələrindəki mülki hədəflərə raket zərbələrinin intensivləşdiyini bildirib.

“İşğalçılar Rusiya Federasiyasının mərkəzi və şərq bölgələrindən Ukraynaya silah və hərbi texnika daşımağa davam edir. Həmçinin, logistika sistemini yaxşılaşdırmaq üçün rus işğalçıları zədələnmiş texnikanın təmiri və yenilənməsi üçün logistik mərkəzlər , səhra bazaları yaradırlar. Rusiya qüvvələri Xarkov şəhərini qismən mühasirəyə almaqda davam edir. Düşmənin əsas səyləri Donetsk və Luqansk bölgələrində Ukrayna qoşunlarının müdafiəsini yarmağa, həmçinin Mariupol şəhəri üzərində tam nəzarəti bərqərar etməyə yönəlib. Rusiya qüvvələrinin bölmələrinin Zaporojye vilayətində qruplaşması davam edir. İşğalçılar Xerson vilayətinin inzibati sərhəddinə çatmağa çalışırlar. Rusiya qoşunları Mikolayev şəhərində mülki obyektləri bombalamağı dayandırmır. Belarus Respublikasının ərazisindən Ukraynaya hava zərbələrinin endirilməsi və kəşfiyyat üçün istifadə edilməsi davam edir”-deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Aleksandr Ştupun bildirib.