Ukrayna Baş Qərargahı-Hücum əməliyyatı başlayandan müdafiə qüvvələri 9 yaşayış məntəqəsini azad edib, Ukrayna ərazisinin 160 kvadrat kilometr ərazisinə nəzarəti bərpa edib
Ukrayna Baş Qərargahı-Hücum əməliyyatı başlayandan müdafiə qüvvələri 9 yaşayış məntəqəsini azad edib, Ukrayna ərazisinin 160 kvadrat kilometr ərazisinə nəzarəti bərpa edib

Hücum əməliyyatı başlayandan bəri Ukrayna Müdafiə Qüvvələri 9 yaşayış məntəqəsini azad edib, Ukraynanın təxminən 160 kvadrat kilometr ərazisinə nəzarəti bərpa edib- bu haqda Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromov bildirib.

Ukrayna Baş Qərargahının məlumatına əsasən, hücum əməliyyatı çərçivəsində ən aktiv ərazilər Melitopol və Berdyanskdır, burada Ukrayna bölmələri düşmənin müdafiəsinin 7,5 km-ə qədər dərinliyinə daxil olub.

Aleksey Qromovun sözlərinə əsasən, qaynar toqquşma xəttinin uzunluğu 1200 km-dən çoxdur.

Ukrayna Baş Qərargahının qiymətləndirməsinə əsasən, ümumilikdə ölkənin müdafiə qüvvələri tərəfindən həyata keçirilən hücum əməliyyatı zamanı əməliyyat şəraiti kəskin dəyişməyib və Rusiya ordusu hələ də Donetsk vilayətinin inzibati sərhəddinə çatmağa çalışır.