Ukrayna ABŞ-dan birbaşa büdcə yardımı olaraq 500 milyon dollar alacaq
Ukrayna ABŞ-dan birbaşa büdcə yardımı olaraq 500 milyon dollar alacaq

 
Ukrayna ABŞ-dan birbaşa büdcə yardımı olaraq 500 milyon dollar alacaq. Bu barədə Ağ Evin iki ölkə lideri Co Bayden və Volodimir Zelenski arasında telefon danışığı nəticəsində yayılan bəyanatında deyilir.

” Liderlər Ukrayna tərəfindən təhlükəsizlik sahəsi üzrə tələb olunan əsas yardımın təmin edilməsi üçün ABŞ-ın necə yorulmadan çalışdığını, bu silahların münaqişəyə necə təsir etdiyini və ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukrayna hərbçilərinə öz ölkələrinin müdafiəsində kömək etmək üçün əlavə imkanlar təmin etmək istiqamətində davamlı səylərini müzakirə ediblər” – deyə bəyanatda deyilir.