Üç "Ranina"lı 2023-cü ilin Avroviziya Uşaq Mahnı Müsabiqəsinin səhnəsində
“Ranina”nın altıncı mövsümünün qalibi Anastasiya Vasadze ilə birlikdə Nikoloz Xarati və Oto Bazeraşvili 2023-cü ilin Avroviziya Uşaq Mahnı Müsabiqəsində çıxış edəcəklər.
Nikoloz Xarati və Oto Bazeraşvili 2022-ci ilin “Ranina”sının finalçısı olublar.
Gürcüstan təmsilçilərinin müsabiqədə ifa edəcəyi mahnının premyerası yaxın vaxtlarda baş tutacaq.
Noyabrın 26-da Fransanın Nitsa şəhərində 21-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsi keçiriləcək. Gürcüstan üç dəfə Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi olub.