Üç mərtəbədə ölən üç nəfər - Rustavidə baş verən yanğın haqqında nə deyirlər (video)

Rustavidə Megobroba küçəsi N3-də, yaşayış binasının birinci mərtəbəsində baş verən yanğın nəticəsində üç nəfər həyatını itirdi. Hadisə haqqında detallar hələlik məlum deyil.

Yanğın nəticəsində öncə birinci mərtəbədə yaşayan orta yaşlı bir kişi həyatını itirdi, daha sonra isə, məlum oldu ki, binanın dördüncü mərtəbəsində yaşayan gənc qadın və beşinci mərtəbəsində yaşayan bir kişi də həyatlarını itiriblər.

Onların ölüm səbəbi düstüdən intoksikasiyadır.

Həlak olanlardan başqa, zərər görənlər də var. Onlardan biri pəncərədən atlayan gənc qadındır. Onun ayağı qırılıb və hazırda əməliyyatdadır.

Yanğının çıxma səbəbini indi öyrənirlər. Hadisə ilə bağlı istintaq aparılır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yanğın söndürənlər binanın digər sakinlərinin evakuasiyasını vaxtında edə bildilər. Təqribən 25 nəfərin həyatı xilas edildi. Bina sakinləri arasında uşaqlar da var.