Uimbldonda avtomobilin ibtidai məktəbə çırpılması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb
Uimbldonda avtomobilin ibtidai məktəbə çırpılması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Böyük Britaniyanın Uimbldon şəhərində avtomobilin ibtidai məktəbə çırpılması nəticəsində səkkiz yaşlı qız ölüb. Hadisə nəticəsində altısı azyaşlı olmaqla 8 nəfər də xəsarət alıb.

Mətbuatın yazdığına əsasən, avtomobili 40 yaşdan yuxarı qadın idarə edib və o, polis tərəfindən həbs edilib.

Lakin medianın yazdığı kimi, hadisə qəza kimi qiymətləndirilir.