UEFA Quram Kaşianı milli komandada keçirdiyi 100 oyuna görə mükafatlandırıb #1TVSPORT
Gürcüstan və Norveç komandaları arasında oyun başlamazdan əvvəl Quram Kaşiaya xüsusi mükafat təqdim edilib – UEFA millidə keçirdiyi 100 oyuna görə “Xaçlılar”ın kapitanını mükafatlandırıb.
Norveçlə görüş Quram Kaşianın millidə 103-cü oyunu olub və bu göstərici ilə o, millinin rekordçusudur – komandanın əvvəlki kapitanları Levan Kobiaşvili və Caba Kankava 100-100 oyun keçiriblər.
Quram Kaşia 2009-cu ildən Gürcüstan millisində oynayır və bu müddət ərzində keçirdiyi 103 oyunda 3 qol vurub.