UEFA Avro 2024-ün topunu təqdim edib #1TVSPORT
UEFA Avro 2024-ün topunu təqdim edib #1TVSPORT

Avro-2024-ün başlamasına 7 ay qalmış UEFA turnirin rəsmi topunu təqdim edib.

Topun adı “Fussballliebe”dir (futbol sevgisi). Onun üzərində Avro 2024-ün oyunlarının keçiriləcəyi Almaniya stadionlarının görüntüləri yer alıb.

“Fussballliebe” daha dəqiq məlumatlarla VAR-a kömək etmək üçün “Connected Ball” texnologiyası ilə təchiz edilmişdir. Avropa çempionatında o, ilk dəfə istifadə olunacaq.

Topun təqdimatı Berlindəki Olimpiya stadionunda baş tutub.