Tütün nəzarətinə yeni requlyasiyalar əlavə olundu - Vitrində siqaret yerləşdirib, satmaq qadağandır
“Tütün nəzarəti haqqında” qanuna əsasən, bugündən etibarən, 2018-ci ilin sentyabrın 1-dən tütün nəzarəti ilə bağlı yeni requlyasiyalar qüvvəyə minəcək.
Xəstəliklər Nəzarətinin və İctimai Sağlamlıq Mərkəzində bəyan edirlər ki, qanuna tabe etmədikləri halda satıcılar cərimələnəcəklər.
İlk cərimə 2 000 laridir, təkrarlandığı halda isə, 4 000 lari olacaq.
Paketləşdirilməmiş tütünü satmaq isə, 150 lari ilə cərimələnir. Təkrar olunduğu halda cərimə 300 laridir.
Təhsil müəssisələrinin 50 metr yaxınlığında siqaretin realizasiyası üçün cərimə 200 laridir. Təkrarlandığı halda 400 lari.
Tütünün internet vasitəsi ilə realizasiyası üçün cərimə 2 000 laridir. Təkrarlandığı halda isə, 4 000 laridir.
Tütün reklamı üçün cərimə 200 laridir, təkralandığı halda 400 lari.
Yuxarıda sadalanan qanun pozuntularına Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti müvafiq reaksiya göstərəcək, hansının qaynar xətti 2 299 299-dur.