Türkiyənin Prezident Sarayında Gürcüstanın Baş nazirinin rəsmi qarşılanma mərasimi keçirilib
Türkiyənin Prezident Sarayında Gürcüstanın Baş nazirinin rəsmi qarşılanma mərasimi keçirilib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidzeni nümayəndə heyəti ilə birlikdə qəbul edib.
Rəsmi səfər çərçivəsində təkbətək və geniş tərkibdə görüşlər keçiriləcək, bundan sonra da ölkələrin liderləri media qarşısında birgə bəyanatlarla çıxış edəcəklər.