Türkiyənin kənd təsərrüfatı naziri bildirir ki, Türkiyə Ukraynadan dənli bitkini 25 faiz ucuz alacaq
Türkiyə Ukraynadan dənli bitkini 25 faiz ucuz alacaq-bu barədə mətbuata Türkiyənin Kənd və Meşə Təsərrüfatı naziri Vahit Kırışçı bildirib.
Türkiyə hökumətinin məlumatına görə, Ukrayna ilə artıq müvafiq razılıq əldə olunub, lakin Kiyev məhsulları təhlükəsiz şəkildə ixrac etmək dilemması ilə üzləşib.
“Onlar bizim arbitrajımızı istəyirlər. Həm Rusiya, həm də Ukrayna bizə güvənir” –deyə Türkiyənin kənd və meşə təsərrüfatı naziri bildirib.
Yayılan məlumatlara görə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə bu həftə İstanbulda keçirilməsi planlaşdırılan görüşlərdə “dənli bitkilərin dəhlizi” gündəmin əsas mövzusu olacaq.