Türkiyənin energetika naziri - türk "Silivri" qaz anbarı Avropanın ən böyük qaz anbarına çevriləcək
Türkiyənin energetika naziri - türk "Silivri" qaz anbarı Avropanın ən böyük qaz anbarına çevriləcək

 

Türk “Silivri” qaz anbarı Avropanın ən böyük qaz anbarına çevriləcək. Bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Fatih Dönməz bildirib.

Hazırda “Silivri” anbarına 3,2 milyard kubmetr təbii qaz toplamaq mümkündür, lakin nazir yaxın vaxtlarda bu həcmin 4,6 milyard kubmetrə, sutkada tədarük gücünün isə 28 milyon kubmetrdən 75 milyon kubmetrədək artırılacağını, bunun da “Silivri”ni Avropada ən böyük qaz anbarına çevirəcəyini bildirib.

Layihənin ilin sonunadək başa çatdırılması gözlənilir. Energetika nazirinin də qeyd etdiyi üzrə, paralel olaraq “Tuz-Gölü” yeraltı qaz anbarının potensialı genişləndirilir. Media, “Tuz-Gölü”nün hazırda 1,2 milyard kubmetr qaz toplamaq imkanına malik olduğunu və 1,5-2 ildən sonra isə 5,4 milyard kubmetr qaz toplamaq gücündə olacağını yazır.

Nazir “Tuz-Gölü”nün hazırda tam dolu olduğunu, “Silivri”nin isə 82% dolu olduğunu bildirib.