Türkiyənin ədliyyə naziri, Ankaranın rəsmi Ankara tərəfindən terrorçu hesab edilən şəxslərin ekstradisiyası ilə əlaqədar İsveç və Finlandiyaya yönəlik öz tələbini yeniləyəcəyini bildirib
Türkiyənin ədliyyə naziri, Ankaranın rəsmi Ankara tərəfindən terrorçu hesab edilən şəxslərin ekstradisiyası ilə əlaqədar İsveç və Finlandiyaya yönəlik öz tələbini yeniləyəcəyini bildirib

 

Türkiyə rəsmi Ankaranın terrorist hesab etdiyi şəxslərin ekstradisiyası ilə əlaqədar İsveç və Finlandiyaya yönəlik öz tələbini yeniləyəcək.

“Reuters”in məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bildirib.

“Kürdüstan Fəhlə Partiyası”nın altı, eləcə də “Feto”nun altı üzvünün işi Finlandiyada, “Kürdüstan Fəhlə Partiyası”nın 11 və “Feto”nun on üzvünün işi isə İsveçdədir. Razılaşmadan sonra onların ekstradisiyası üçün yenidən müraciət edəcəyik” -deyə Bozdağ bildirib.

Madriddə Türkiyə, İsveç və Finlandiya arasında saatlarla davam edən danışıqlardan sonra üç ölkə rəsmi Ankara tərəfindən alyans üzvlüyünə iki namizəd ölkənin bloklanmaması haqqında razılaşma imzalayıb. Cavab olaraq , İsveç və Finlandiya “Kürdüstan Fəhlə Partiyası” (PKK) və “Xalq Müdafiə Birlikləri”nə (YPG) dəstək verməyəcəklərini bildiriblər.