Türkiyə tərəfində aparılan təmir işləri ilə əlaqədar olaraq "Vale" gömrük keçid məntəqəsində gömrük nəzarət prosedurları mayın 25-dək dayandırılacaq
Türkiyə tərəfində aparılan təmir işləri ilə əlaqədar olaraq "Vale" gömrük keçid məntəqəsində gömrük nəzarət prosedurları mayın 25-dək dayandırılacaq

 

Mayın 25-dək Türkiyə Respublikası tərəfində aparılan təmir işləri ilə əlaqədar olaraq “Vale” gömrük keçid məntəqəsində gömrük nəzarət  prosedurları dayandırılacaq. Bu barədə məlumatı Gəlirlər Xidməti yayır.

İdarədən verilən məlumata görə, sərhədin keçilməsi prosedurları “Kartsaxi” gömrük-keçid məntəqəsi istiqamətindən həyata keçirilə bilər.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidməti nəzərinizə çatdırır ki, cari il mayın 25-dək, Türkiyə Respublikası tərəfdən (“Posof-Türkgözü” gömrük-keçid məntəqəsi) aparılan təmir/bərpa işləri ilə əlaqədar olaraq “Vale” gömrük keçid məntəqəsində gömrük nəzarət  prosedurları dayandırılacaq.

Qeyd olunan gömrük buraxılış məntəqəsindən Gürcüstanın gömrük sərhədində malların idxalı və ixracı, habelə dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarət  prosedurları həyata keçirilə bilməz.

Türkiyə Respublikası tərəfində aparılan bərpa işləri başa çatdıqdan sonra “Vale” gömrük-keçid məntəqəsi həmişəki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək. Beləliklə, sərnişinlərin və yüklərin daşınması problemsiz həyata keçiriləcək.

Bununla yanaşı, Gəlirlər Xidməti nəzərinizə çatdırır ki, beynəlxalq daşımaların artması ilə əlaqədar olaraq tam gücü ilə fəaliyyət göstərən “Kartsaxi” gömrük-keçid məntəqəsi istiqamətindən təyinat ölkələri üzrə sərhədkeçmə prosedurları həyata keçirilə bilər”-deyə idarədən bildirilir.