Türkiyə Qəzza sektorunun sakinlərinə kömək məqsədilə Misirə humanitar yardım göndərib
Türkiyə Qəzza sektorunun sakinlərinə kömək məqsədilə Misirə humanitar yardım göndərib

Türkiyə Qəzza sektorunda yaşayan insanların lazımi humanitar yardımı ala bilməsi üçün Misirə tibbi personal və tibbi ləvazimat göndərib.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsində məlumat verib.

Təyyarəmiz Qəzzaya kömək etmək üçün havaya qalxdı. Prezident təyyarəsi dərman və tibbi ləvazimatlarla doludur, orada 20 həkim var. Onlar Ankaradan Misirə gediblər”, – Türkiyənin səhiyyə naziri yazıb.