Türkiyə prezident administrasiyasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan və Vladimer Putin Rusiya-Ukrayna müharibəsi və taxıl ixracı üçün təhlükəsiz dəhlizlər məsələsini müzakirə ediblər
Türkiyə prezident administrasiyasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan və Vladimer Putin Rusiya-Ukrayna müharibəsi və taxıl ixracı üçün təhlükəsiz dəhlizlər məsələsini müzakirə ediblər

 

Rəcəb Tayyib Ərdoğan və Vladimer Putin telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi və Qara dəniz vasitəsilə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılmasını müzakirə ediblər.

Məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayır.

Administrasiya tərəfindən verilən məlumata görə, prezident Ərdoğan BMT-nin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhliz planına dair hərəkətə keçməyinin vaxtının çatdığını bildirib.

Prezident bir daha Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə, qəti və ədalətli sülhlə başa çatmalı olduğunu bildirib.

Administrasiya tərəfindən verilən məlumata görə, prezident Ərdoğan Türkiyənin əvvəllər olduğu kimi danışıqların bərpası üçün hələ də hər cür dəstəyi verməyə hazır olduğunu qeyd edib.