Türkiyə parlamenti İsrailə dəstək elan etdiyi üçün "Coca-Cola" və "Nestle" məhsullarına boykot elan edib
Türkiyə parlamenti İsrailə dəstək elan etdiyi üçün "Coca-Cola" və "Nestle" məhsullarına boykot elan edib

Türkiyə parlamenti “Coca-Cola” və “Nestle” məhsullarına boykot elan edib. “Reuters”in yazdığına görə, buna səbəb şirkətlərin İsrailə dəstəyidir.

Bundan sonra “Coca-Cola” məhsulları Türkiyə qanunverici orqanında təmsil olunmayacaq.

“İsrailə dəstək verən şirkətlərin məhsullarının bundan sonra TBMM-nin restoran, kafe və çayxanalarında satılmaması qərara alınıb” – deyə məlumatda bildirilir.

“Coca Cola” ilə birlikdə “Nestle” məhsulları artıq Türkiyənin qanunverici orqanında satılmayacaq.