Türkiyə müdafiə naziri - zenit-raket kompleksləri NATO üçün təhlükə yaratmır
Türkiyə müdafiə naziri - zenit-raket kompleksləri NATO üçün təhlükə yaratmır

Rusiyanın Türkiyəyə verdiyi S400 zenit-raket kompleksləri NATO üçün təhlükə yaratmır. Bu haqqda Türkiyə müdafiə naziri bəyan etdi. Nurettin Caniklinin dediyinə görə, raket komplekslərinin yerləşdirilməsi 2019-cu il üçün planlaşdırılıb.

Türkiyə və Rusiya müqaviləni bu ilin sentyabr ayında imzaladılar və komplekslərin bir hissəsi artıq Türkiyədədir.

ABŞ-da müqavilənin imzalanması tənqid olundu.

Cari ayda Türkiyə Baş naziri Binəli Yıldırım,bəyan etdi ki, rus sisteminin yerləşdirilməsi Ankara və NATO əlaqələrinə təsir göstərməyəcək.

S-400, təyyarələri, qanadılı və ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv edə biləcək uzun mənzilə hesablanmış raket sistemidir.