Türkiyə iqtidarı Gürcüstan hökümətinin sülh təşəbbüsünü salamlayır
Türkiyə iqtidarı Gürcüstan hökümətinin sülh təşəbbüsünü salamlayır

Türkiyə iqtidarı Gürcüstan hökümətinin sülh təşəbbüsünü salamlayır.

Türkiyənin Gürcüstandaki səfirliyi bu barədə bəyanatı sosiyal şəbəkə Twitter-də rəsmi səhifədə verir.

“Biz Gürcüstan hökümətinin təqdim etdiyi “Daha yaxşı gələcək üçün addım” adlı sülh təşəbbüsünü salamlayırıq. Türkiyə Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini hər zamanki kimi dəstəkləyir” – deyilir bəyanatda.

Xatırladaq ki, “Daha yaxşı gələcəyə doğru addım” adlı sülh təşəbbüsünü Gürcüstanın baş naziri aprelin 4-də təqdim etmişdi.

Təşəbbüs, Gürcüstanın işğal edilmiş ərazilərindəki inzibati xəttlərin ətrafında ticari, təhsil və digər körpülər salmağı nəzərdə tutur.