Türkiyədə bildirilir ki, "Kürdüstan Fəhlə Partiyası" və "Xalq Müdafiə Birlikləri"nin xüsusən də İraq və Suriyadakı infrastrukturu bundan sonra onların təhlükəsizlik qüvvələri üçün qanuni hədəflərdir
Türkiyədə bildirilir ki, "Kürdüstan Fəhlə Partiyası" və "Xalq Müdafiə Birlikləri"nin xüsusən də İraq və Suriyadakı infrastrukturu bundan sonra onların təhlükəsizlik qüvvələri üçün qanuni hədəflərdir

“Kürdüstan Fəhlə Partiyası” və “Xalq Müdafiə Birlikləri”nin xüsusilə İraq və Suriyadakı infrastrukturu, enerji obyektləri bundan sonra təhlükəsizlik qüvvələrimizin, silahlı qüvvələrimizin, kəşfiyyat bölmələrimizin qanuni hədəfinə çevrilib-bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan  Ankarada törədilən terror aktı ilə bağlı bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, iki hücumçu Suriyadan Türkiyəyə daxil olub.

“Onlar orada təlim keçiblər. Nəticə olaraq buradan demək istəyirəm ki, “Kürdüstan Fəhlə Partiyası” və “Xalq Müdafiə Birlikləri”nin xüsusilə İraq və Suriyadakı infrastrukturu, enerji obyektləri bundan sonra təhlükəsizlik qüvvələrimizin, silahlı qüvvələrimizin, kəşfiyyat bölmələrimizin qanuni hədəfinə çevrilib. Ona görə də üçüncü şəxslərə “Kürdüstan Fəhlə Partiyası” və “Xalq Müdafiə Birlikləri”nə aid obyektlərdən və insanlardan uzaq durmağı tövsiyə edirəm. Silahlı qüvvələrimizin bu terror aktına cavabı çox aydın olacaq və onlar belə bir əməl törətdiklərinə görə bir daha peşman olacaqlar”, – deyə Hakan Fidan bildirib.