Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrinə müxtəlif növ texnika verib
Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrinə müxtəlif növ texnika verib

 

Türkiyə Respublikası hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə aviasiya və hava müdafiə imkanlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif növ texnikalar verib. Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.

Nazirlikdən verilən məlumatda Marneulidə, aviasiya bazasında keçirilən tədbirdə Gürcüstan müdafiə nazirinin müavini Qriqol Qiorqadzenin, Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Chichinadzenin və Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbayın iştirak etdiyi deyilir.

“Aviasiya və Hava Müdafiə Komandanlığı Türkiyə tərəfdən iki ədəd aerodrom xüsusi texnikası və UH-1H helikopterləri üçün ehtiyat hissələrini pulsuz alıb. Daha sonra Aviasiya və Hava Müdafiə Komandanı, polkovnik Serqo Ninua və Türkiyə Respublikasının Müdafiə Attaşesi, polkovnik Burak Altıner tərəfindən imzalanan texnikanın təhvil-təslim protokolu imzalanıb. Avadanlıqların verilməsi Türkiyə Respublikası ilə imzalanmış hərbi maliyyə əməkdaşlığı sazişi çərçivəsində həyata keçirilib. Gürcüstan və Türkiyə uzun illərdir ki, müdafiə sahəsində müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq edir”-deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.