Türkiyə Beyrut iqtidarına limanın inşaatında yardım etməyə hazırdır

Türkiyə Beyrut iqtidarına limanın inşaatında yardım etməyə hazırdır.

“Royter” agentliyinin məlumatına görə, bu barədə bəyanatı Türkiyənin vitse-prezidenti Fuat Oktay Livana səfər zamanı verdi.

Beyrut limanında qeniş-miqyaslı partlayış nəticəsində 154 nəfər həlak oldu, beş mindən artıq insan isə, zərər gördü.

Partlayış o qədər güclü idi ki, şəhərdəki binaları əksəriyyəti dağıldı.

Partlayışın səbəbi hələlik naməlumdur.