Türk mətbuatı qazax neftinin nəqli üçün Rusiya ərazisinə alternativ olaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri və Batumi limanının nəzərdən keçirildiyinə dair məlumat yayır
Türk mətbuatı qazax neftinin nəqli üçün Rusiya ərazisinə alternativ olaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri və Batumi limanının nəzərdən keçirildiyinə dair məlumat yayır

 

Qazax neftinin nəqli üçün Rusiya ərazisinə alternativ olaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri və Batumi limanı nəzərdən keçirilir. Bu barədə məlumatı Türkiyə mətbuatı yayır.

Türkiyə mətbuatı Qazaxıstanın Energetika Nazirliyinin mənbələrinə istinadən neft ixracının daha da şaxələndirilməsi çərçivəsində bir neçə alternativ marşrut hazırlandığı barədə yazır. Bunlardan biri neft ehtiyatlarını Xəzər dənizinin Manqistau və Atırau limanlarından gəmilərə yükləmək, daha sonra isə Bakı limanına daşımaqdır.

Qazaxıstanın planına əsasən, Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə, həmçinin Batumi və Neka (İran) limanları vasitəsilə tədarük etmək mümkündür.