Tsxaltubo mehmanxanalarının birinə İtaliyadan gələn 97 vətəndaş yerləşdirildi

Tsxaltubonun “Kegenda” mehmanxanasına İtaliyadan gələn 97 vətəndaş yerləşdirildi.

Xəstəliklər nəzarətinin milli mərkəzinin İmereti idarəsinin rəhbəri Qoça Giorqadzenin dediyinə görə, yeni gələn vətəndaşlarda virus simptomları müşahidə olunmur və özlərini yaxşı hiss edirlər.

Onun dediyinə görə, vətəndaşların izolyasiyası sadəcə təhlükəsizlik tədbirlərindən irəli gələrək, həyata keçirilir.

Mehmanxanada yerləşənlər həkimlərin müşahidəsi altında olacaqlar.