Tsitsişvili Uşaq Klinikasında "Omicron"-a yoluxmuş ana və uşaq müalicə olunur, onların vəziyyəti yüngüldür
Tsitsişvili adına Uşaq Klinikasında “Omicron”-a yoluxmuş ana və uşaq müalicə olunur, onların vəziyyəti yüngüldür.
Onlar digər pasiyentlərdən təcrid olunmuş palatadadırlar. Onların xaricə səyahət tarixçəsi var.
Məlum olduğu kimi, ana peyvənd olunub, uşaq azyaşlıdır və yan xəstəlikdən əziyyət çəkir. Ana və uşağın vəziyyəti yüngüldür.
“Uşaq xroniki xəstəlikdən əziyyət çəkirdi, ona görə risk qrupuna salınıb və anası ilə birgə daxil olub. Bu uşaq xaricdə müalicə olunduğuna və xaricdən gəldiyinə görə PCR ilə yoxlanılıb. Uşağın vəziyyəti ağır deyil, bütün parametrlər norma daxilindədir. Bir neçə gün yenə də müşahidə altında olacaq və belə davam etsə, yəqin ki, evə buraxacağıq. Bu uşaq ilk başdanca təcrid olunmuşdu. Ana da yoluxub. Birlikdə palatada qalırlar. Bu uşağın başqa klinik məlumatları yox idi, sadəcə olaraq klinikalardan birinə konsultasiyaya gedibmiş və qızdırması təsdiqlənib, orda test olub və virusa yoluxduğu təsdiqlənib. Lakin ştamm həmin dəqiqə təsdiqlənmir “-deyə xəstəxananın kliniki direktoru Maia Çxaidze bildirib.
Həkimin sözlərinə görə, “Omicron”-a yoluxanlarda fərqli əlamətlər müşahidə olunmur. Ana və uşaq dekabrın 22-də klinikaya yerləşdirilib. O vaxtdan bəri onların bioloji nümunələrinin laboratoriya tədqiqatı aparılırdı, cavabı bu gün məlum oldu. Gürcüstanda indiyədək “Omicron”-a 51 yoluxma faktı rəsmi olaraq təsdiqlənib.