Tsitsişvili Klinikasının direktoru - pasiyentlərin müraciətləri artıb, hələ yerlər var, lakin klinika demək olar ki, tam doludur
Tsitsişvili adına Uşaq Klinikasının direktoru Davit Rexviaşvili bildirir ki, klinikaya müraciət edən pasiyentlərin sayı artıb.
Onun sözlərinə görə, son 24 saat ərzində klinikaya 35 pasiyent müraciət edib və qeyd edib ki, gündə müraciət edənlərin sayı orta hesabla 7-8 nəfər olub. Rexviaşvilinin sözlərinə görə, əsasən də intensiv terapiya şöbəsinin yükü artıb.
“Klinikada yerlər hələlik var, lakin demək olar ki, tam doluyuq. Əsasən də intensiv terapiya şöbəsinin yükü artıb, burada hazırda 20-dən çox pasiyent müalicə olunur və müvafiq olaraq resurs artıq tükənib.
Pasiyentlərin vəziyyətinə gəlincə, onların əksəriyyətinin vəziyyəti orta-ağırdır. Vəziyyəti daha ağır olan pasiyentlər intensiv terapiya şöbəsində müalicə olunurlar. Özünü biruzə verən əsas simptomlar yüksək hərarət, baş ağrısı, ürəkbulanma, qusma, respirator əlamətlərdir. Bizə həmçinin vəziyyəti kovid tərəfindən ağırlaşmış olan xroniki xəstəlikləri, şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanlar müraciət edirlər”-deyə Davit Rexviaşvili bildirib.
Peyvənd olunmuş pasiyentlərə gəlincə, Rexviaşvilinin sözlərinə görə, klinikada peyvənd olunmuş heç bir uşaq müalicə olunmur.
“Peyvəndləmə xəstəxanaya yerləşdirilməkdən qoruyur və yəqin ki, klinikada peyvəndlənmiş uşaqların olmamasının səbəbi budur. Peyvənd olunmuş 18 valideyn var, onlarda xəstəlik ya yoxdur, ya da olduqca yüngül simptomlarla irəliləyir, bu isə özü-özlüyündə peyvəndin öz təsirinin olmasını göstərir” – deyə klinikanın direktoru bildirib.
Davit Rexviaşvilinin sözlərinə görə, “qeyri-kovid istiqamətində bütün resurslar tükənib”.