Tsitsişvili adına Uşaq Klinikasından, koronavirusa yoluxan hər üç uşağın vəziyyətinin hələ də stabil-ağır olduğunu bildirirlər
Tsitsişvili adına Uşaq Klinikasına yerləşdirilən koronavirusa yoluxmuş hər üç uşağın vəziyyəti hələ də stabil-ağırdır.
Klinikanın tibbi direktoru Maia Çxaidzenin də qeyd etdiyi üzrə, hər üç pasiyent süni tənəffüs aparatına qoşulu vəziyyətdədir.
“ Dünəndən bəri vəziyyət dəyişməyib. Hər üçün süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Ardıcıl araşdırmanın cavabı hələ gəlməyib. Xüsusi PCR testlə birinin “Delta” ştammına yoluxması təsdiqlənib, ikinci pasiyentin Britaniya ştammına yoluxması aşkarlanıb. Yeni parametrlər baxımından bir şey yoxdur və bu mərhələdə laboratoriya tədqiqatlarında da heç bir dəyişiklik yoxdur. Süni tənəffüs aparatına ehtiyyac da özü-özlüyündə koronavirus infeksiyası nəticəsində yaranan tənəffüs çətinliyindən qaynaqlanır. Oktyabrdan, indiyə qədər, koronaviruslu pasiyentləri qəbul edən klinikayıq, bu günədək heç vaxt , heç bir pasiyent koronavirus infeksiyasına görə süni tənəffüs aparatına ehtiyyac duymayıb.
Xroniki xəstəlikləri yoxdur, anadangəlmə patologiya da yoxdur. Biri Delta ştammı ilə daxil eidlib, Soxumi klinkasında 5 gün tənəffüs çatışmamazlığına görə müalicə olunurdu, digəri – iki aylıq körpə, xəstəliyə yoluxdudan doqquzuncu gün daxil edildi, o da tənəffüs çatışmazlığı səbəbiylə gətirilib. Yenidoğulmuş körpəyə gəlincə, bu uşaq mənzildə idi və mənzildə virusa yoluxub. Bu uşaq bizə daxil olduqdan təxminən dörd gün sonra, parametrlərinə görə, süni tənəffüs aparatına qoşulası oldu. Ümumiyyətlə, klinikada 94 pasiyent qalır və bunlardan 65-i uşaqdır ”-deyə Maia Çxaidze bildirib.