Tsitsamuri yaxınlığında "GWP"nin magistral boru kəmərinin zədələnməsi faktı ilə əlaqədar istintaq başlayıb
Tsitsamuri yaxınlığında "GWP"nin magistral boru kəmərinin zədələnməsi faktı ilə əlaqədar istintaq başlayıb

 
Tsitsamuri kəndi yaxınlığında “GWP”yə məxsus mərkəzi magistral boru kəmərinin zədələnməsi faktı ilə əlaqədar istintaq başlayıb. Daxili İşlər Nazirliyindən bu haqda məlumatı Birinci Kanala təsdiqləyiblər.

Nazirlikdən izah etdikləri üzrə, istintaq Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan əşyaya zərər vurma və ya məhv etməni, qanunsuz hərəkətlə ətraf mühitə xeyli ziyan vurmanı nəzərdə tutan 188-ci və 306-cı maddələri ilə aparılır.

Bir neçə gün əvvəl Tsitsamuri kəndi yaxınlığında mərkəzi magistral boru kəməri zədələnib. “Georgian Water and Power”də izah etdikləri üzrə, “GWP”dən asılı olmayaraq, üçüncü şəxslər tərəfindən zamanla qeyd olunan ərazi tökmə materialla doldurulmuş və bu da geoloji cəhətdən qeyri-sabit torpaq yamacı yaratmışdır. Artıq bir neçə gündür ərazidə iş aparılır.