Tsinarexi-Kvataxevi avtomobil yolunun beş kilometrlik hissəsinin bərpası başa çatıb
Tsinarexi-Kvataxevi avtomobil yolunun beş kilometrlik hissəsinin bərpası başa çatıb

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti Tsinarexi-Kvataxevi avtomobil yolunun beş kilometrlik hissəsində bərpa işlərini yekunlaşdırıb.

Reabilitasiya hissəsi Kaspi bələdiyyəsində yerləşir və Tsinarex kəndindən Kvataxevi monastır kompleksinə aparır. Beş kilometrlik hissə asfaltsız idi və orada heç vaxt asfalt örtüyü olmayıb.

“Tsinarexi-Kvataxevi yolunun ləngimədən işləməsi həm əhali, həm də monastır kompleksinin qonaqları üçün vacibdir. Reabilitasiya layihəsi yol örtüyünün və süni konstruksiyaların qurulmasını nəzərdə tuturdu. Kavtura çayı üzərindəki körpü də bərpa edilib. Həmçinin monastırın yaxınlığında avtomobil dayanacağı və yerli yollara keçidlər təşkil edilib, yolun hərəkət hissəsi nişanlanıb və yol nişanları quraşdırılıb”, – Avtomobil Yolları Departamentinin yaydığı məlumatda qeyd olunur.

Layihə dövlət büdcəsindən təxminən 3,6 milyon lari ilə maliyyələşdirilib.