"Tsğaltubonun yeni həyatı" layihəsi çərçivəsində elan edilən hərracda “Medea” və “Tbilisi” sanatoriyaları satılıb
"Tsğaltubonun yeni həyatı" layihəsi çərçivəsində elan edilən hərracda “Medea” və “Tbilisi” sanatoriyaları satılıb

 
“Tsğaltubonun yeni həyatı” layihəsi çərçivəsində elan edilən hərrac nəticəsində 2 obyekt “Medea” və “Tbilisi” sanatoriyaları satılıb-bu barədə məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.

Nazirlikdən verilən məlumatda, elektron hərracın bu gün saat 17:00-da başa çatdığı deyilir. Satılan obyektlərin ümumi qiyməti 8 982 300 lari təşkil edib. “Tbilisi” sanatoriyası MMC “Aka” , “Medea” sanatoriyası isə MMC “Asi Group Hotels Georgia” tərəfindən alınıb.

“Geridə qalan sanatoriyalara gəlincə, onlar üçün hərrac müddəti uzadılıb – bu qərar iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə keçirilən görüşdə biznes sektorunun yüksək marağı və müraciəti nəticəsində qəbul edilib.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi mümkün qədər şəffaf və əlçatandır. Bütün maraqlanan şəxslərə heç bir bürokratik prosedurlar olmadan cari elektron hərracda iştirak etmək və qısa müddətdə dövlət aktivinin sahibi olmaq üçün bərabər imkan tanınır.

Hərraclar haqqında ətraflı məlumat üçün linkə daxil olun: https://bit.ly/3Rrzyym

Xatırladaq ki, “Tsğaltubonun yeni həyatı” layihəsi çərçivəsində dövlət 14 obyekti – beş premium, beş orta səviyyəli mehmanxana və dörd müxtəlif tipli yaşayış obyektini satışa çıxarıb ki, onların ümumi dəyəri təxminən 50 milyon laridir.

Layihəyə əsasən, dövlət Tsğaltubonu beynəlxalq səviyyəli kurort mərkəzinə çevirmək üçün on milyonlarla lari investisiya qoymağı öhdəsinə götürür.
Tsğaltubonun genişmiqyaslı bərpası və inkişafı layihəsinin həyata keçirilməsi 3200-dən çox yeni iş yeri, 6000-dən çox yerlik yataq fondu yaradacaq, 500 milyon lari investisiya cəlb edəcək və ziyarətçilərin sayını əhəmiyyətli dərəcədə artıracaq”-deyə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.