Tsalkada, "TV Pirveli"-nin çəkiliş qrupuna qarşı zorakılıq törətmə və jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə faktına görə həbs olunan şəxs barəsində 10.000 lari girov hökmü verilib
Tsalkada, "TV Pirveli"-nin çəkiliş qrupuna qarşı zorakılıq törətmə və jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə faktına görə həbs olunan şəxs barəsində 10.000 lari girov hökmü verilib

 

Tsalkada, “TV Pirveli”-nin çəkiliş qrupuna qarşı zorakılıq törədilməsi və jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxiləyə görə həbs olunan şəxs barəsində Tetritskaro Rayon Məhkəməsi,qətimkan tədbiri olaraq 10.000 lari girov hökmü çıxarıb.

Məhkəmə iclasında müdafiə tərəfi 5.000 lari girov qərarının verilməsini tələb edirdi , ittihamçı tərəf  isə qətimkan tədbiri olaraq həbs qərarının çıxarılmasını tələb edirdi.

Hakim müdafiə tərəfinin vəsatətini qismən təmin etdi və müqəssir barəsində 10.000 lari girov hökmü verdi. Saxlanılan şəxs girov məbləğini ödədikdən sonra həbsxananı tərk edəcək.

İstintaq nəticəsində müəyyən edildi ki, iyunun 30-da Tsalka Munisipalitetinin Tsintsğaro kəndində yerli sakin “TV Pirveli”- nin çəkiliş qrupuna qarşı fiziki zorakılıq törədib, jurnalistlərə mane olub və onları fiziki təhqirə məruz qoyub.

Jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə və zorakılıq faktları ilə əlaqədar istintaq aparılır, cinayət iki ilə qədər həbsi nəzərdə tutur.