Tsalencixa və Martvili munisipalitetlərində yeni yanğın ocaqları çıxdı

Tsalencixa və Martvili munisipalitetlərində yanğınla mübarizəyə davam edirlər.

Tsalencixa munisipalitetinin Cağra kəndində 30 hektardan artıq ərazi yanıb.

Kənddə yanğının söndürülməsi işləri iki gündür davam edir.

Digər kənddə, Mujevidə isə, meşədə yeni yanğın ocağı çıxdı və texnika meşəyə daxil ola bilmir.

Yerlilərin dediyinə görə, Mujevidəki yanğın əhalidən uzaqdır və hələlik təhlükə yaratmır.

Yeni yanğın ocağı Martvili munisipalitetinin Pirveli Alda kəndində də baş verib. Orada dağ ətəyi yanır və texnika oraya da daxilo ola bilmir.

Ona qədər isə, Martvili munisipalitetinin Salxino kəndində yanğın baş vermişdi, ancaq günün ikinci yarısına qədər yanğın söndürüldü.