Tsabadze küçəsində baş verən yanğın zamanı zərər görənlər arendalarını güzəştli qiymətlə ödəyəcəklər

“Tsabadze küçəsində baş verən yanğın zamanı zərər görənlərə arendalarını güzəştli qiymətlə ödəmək imkanı veriləcək” – bu bəyanatı paytaxtın meri Kaxa Kaladze yanğının baş verdiyi “Terqo” ticarət mərkəzinin yanında verdi.

“Reabilitasiya işləri başa çatdıqdan sonra, ticarət mərkəzinin işçiləri çalışmalarına davam edə biləcəklər və arendalarını güzəştli qiymətlərlə ödəyəcəklər” – dedi Kaladze.

Tsabadze küçəsindəki “Terqo” bazarında yanğın dünən gecə saat 12:00-ya yaxın çıxdır.

Yanğın nəticəsində 3000 kv.metr ərazinin yandığı ehtimal olunur.

Hadisə nəticəsində fiziki zərər görən və xəsarət alan olmayıb.