Trabzon aeroportunda "Pegasus Airlines"-in sərnişin təyyarəsi qəzali şəkildə endi (foto,video)
Trabzon aeroportunda "Pegasus Airlines"-in sərnişin təyyarəsi qəzali şəkildə endi (foto,video)

Trabzon aeroportunda “Pegasus Airlines” aviaşirkətinin sərnişin təyyarəsi uçuş çığırından çıxdı və qəzali şəkildə eniş etdi.

Təyyarədə 162 sərnişin, iki pilot və ekipajın dörd üzvü var idi. Üç nəfər yüngül xəsarətlərlə xəstəxanaya aparıldı.

Sərnişinlərin həyatı təhlükədə deyil.

Yayılan məlumata görə, insident zamanı Trabzonda sis-duman və yağış var idi.