Toyvo Klaar - Düşünmürəm ki, Vaja Qaprindaşvilinin uzun müddətli həbsi kiminsə maraqlarına xidmət edir
Toyvo Klaar - Düşünmürəm ki, Vaja Qaprindaşvilinin uzun müddətli həbsi kiminsə maraqlarına xidmət edir

Cenevrə diskussiyalarının həmsədri, Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaarın dediyinə görə, o ümid edir ki, gürcü həkimi Vaja Qaprindaşviliyi Sxinvalinın işğalçı rejimi yaxın zamanda azad edəcək.

“Düşünmürəm ki, Vaja Qaprindaşvilinin həbs edilməsi kiminsə maraqlarına xidmət etsin” – dedi Toyvo Klaar “Exo Kavkazaya” verdiyi müsahibə zamanı.

Avropa İttifaqının xüsusi nümayəndəsi təsdiqlədi ki, gürcü həkiminin həbs edilmə məsələsi bu gün Sxinvalidə keçirilən görüşdə müzakirə olunurdu.

“Bəli bu günki görüşümdə Vaja Qaprindaşvili məsələsi qaldırıldı və ümid edirəm ki, yaxın gələcəkdə həkim evinə qayıdacaq” – dedi Toyvo Klaar.

Xatırladaq ki, Tbilisidə yaşayan həkim Vaja Qaprindaşvili Sxinvali işğalçı rejiminin nümayəndələri tərəfindən, işğal edilmiş Orçosana kəndinin yanında noyabrın 9-da həbs edildi.

İşğalçı rejim tərəfindən ona iki aylıq ilkin həbs cəzası verildi.