Toronto Beynəlxalq Hava Limanında Gürcüstanın müxtəlif guşələrini əks etdirən fotoşəkillər yerləşdirilib
Toronto Beynəlxalq Hava Limanında Gürcüstanın müxtəlif guşələrini əks etdirən fotoşəkillər yerləşdirilib

 
Dekabrın 31-dək Toronto Beynəlxalq Hava Limanında Gürcüstanın müxtəlif guşələrini əks etdirən fotoşəkillər yerləşdirilib.

Gürcüstanın Milli Turizm Administrasiyası və Gürcüstanın Kanadadakı səfirliyinin əməkdaşlığı ilə Toronto Beynəlxalq Hava Limanında Gürcüstanın turizm potensialı təqdim olunacaq.

Layihə çərçivəsində Toronto Beynəlxalq Hava Limanında ata və oğul kanadalı fotoqraflar Rendi və Spenser Vanderstaren tərəfindən çəkilmiş fotoslaydlar təqdim olunur.

Kanadalı fotoqraflar ötən il Milli Turizm Administrasiyasının press-turu çərçivəsində Gürcüstana səfər ediblər və müxtəlif turistik yerlərin fotolarını çəkiblər. Toronto Beynəlxalq Hava Limanının sərnişinləri iki ay ərzində görkəmli foto əsərlər Uşquli, Qudauri, Tbilisi və digər maraqlı turistik yerlərin fotoşəkilləri ilə tanış olacaqlar.

Toronto Beynəlxalq Hava Limanı 2022-ci ildə 36 milyon sərnişinlə dünyanın ən işlək hava limanlarından biridir.
Gürcüstanda çəkilmiş fotoşəkillərə tam şəkildə fotoqrafların saytında baxmaq olar.

Məlumatı Milli Turizm Administrasiyasının mətbuat xidməti yayır.