Tornike Şenqelianın "Virtus Bolonya" komandası İtaliya Superkubokunun finalındadır #1TVSPORT
Tornike Şenqelianın “Virtus Bolonya” komandası mövsümə start verib. İtaliya Superkubokunun yarımfinalında Gürcüstan komandası “Olimpiya Milanonu” 78:73 hesabı ilə məğlub edib.
“Virtus Bolonya” komandasına klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən qovulan Serxio Skariolonun əvəzinə yeni baş məşqçi Luka Banki rəhbərlik edib.
“Virtus Bolonya” “Milano” ilə görüşün ilk hissəsində 2 xal fərqi ilə qalib gəlib. Üçüncü rübdə Şengelianın komandası 4 xallıq üstünlük əldə edib və bərabər həlledici rübün fonunda matçda qalib gəlib.
Gürcüstan millisinin kapitanı əsas komandada yer alıb. O, 28 dəqiqə oynadı və bu müddətdə 13 xal, 5 ribaund və 4 məhsuldar ötürmə topladı. Şengelia 6-dan 3 iki ballıq və 4-dən 1 bir ballıq atış istifadə edib. Bolonyadan 15 xalla meydanın ən yaxşı oyunçusu Marko Belinelli olub.
İtaliya Superkubokunun finalında “Virtus” komandası “Tortonaya” qalib gələn “Breşiya” ilə qarşılaşacaq. Qarşılaşma bu gün, sentyabrın 24-də Tbilisi vaxtı ilə saat 20:00-da başlayacaq.
Müəllif -
Mehemmed Bayramaliyev