Tornike Şenqelia - xalqımı sevindirmək fürsəti verildiyinə görə fəxr edirəm#1TVSPORT
Gürcüstan millisi DÇ-nin seçmə mərhələsində qrupda üçüncü yeri tutaraq final mərhələsində oynamaq hüququ qazanıb. Tornike Şenqelianın İslandiya ilə oyundan sonra şərhi belə olub:
“Gürcüstan millisində keçirdiyim ən emosional oyun idi. Komanda yoldaşlarım, məşqçilərim və bütün gürcülərlə birlikdə inanılmaz sevincliyəm. Xalqımı sevindirmək fürsəti verildiyinə görə fəxr edirəm.
Çox çətin oyun idi. İslandiya başdan sona qədər mübarizə apardı. Hərçənd, komandamız hər detalın, hər ribaundun, hər faulun, hər səhvin vacib olduğu matçda möhtəşəm iş gördü və məqsədinə çatdı. Bu, 40 dəqiqənin hər saniyəsinin qiymətli olduğu nadir qarşılaşma idi”.
2023-cü ilin dünya çempionatı avqustun 25-də eyni vaxtda üç ölkədə – Filippin, Yaponiya və İndoneziyada başlayacaq.