Tornike Rijvadze - məndə olan məlumata görə, binanın çökməsi nəticəsində xəsarət alanların sağlamlıq vəziyyəti qənaətbəxşdir
Məndə olan məlumata görə, Batumidə binanın çökməsi nəticəsində xəsarət alanların sağlamlıq vəziyyəti qənaətbəxşdir- bu barədə Achara Hökumətinin sədri Tornike Rijvadze Gürcüstanın Birinci Kanalına bildirib.
O bildirib ki, xilasedicilər vətəndaşları dağıntılar altından çıxarmaq üçün işlərini davam etdirirlər.
“Məndə olan məlumata görə, xəsarət alanların səhhəti qənaətbəxşdir. Bu isə ən mühümüdür, xilasedicilər effektiv işləməyi bacarmalıdırlar və bunun üçün onlara təşəkkür etmələri. Onları xilas etmələri üçün imkan yaratmalıyıq. Digər detalları daha sonra bildirəcəyəm. Daxili işlər naziri və baş nazir də bura gəlir. Burada dağıntı altında qalan insanları xilas etmək üçün əlimizdən gələni edəcəyik və əlbəttə ki, hər bir ailəyə kömək edəcəyik. Biz həm Achara hökuməti, həm də Gürcüstan hökuməti olaraq kömək etmək üçün hər şeyi edəcəyik. İstintaq hər şeyi müəyyən edəcək, əsas odur ki, bu insanlara kömək edək “, – deyə Rıjvadze bildirib.
Batumidə, 26 May küçəsindəki yaşayış binasının bir hissəsi bu gün çöküb. Hazırda xilasetmə əməliyyatı aparılır. Yaşayış binasının dağıntıları altında qalmış avtomobildən azyaşlı uşağı çıxarıblar və klinikaya aparıblar. Lakin qısa müddət sonra xilasedicilər daha bir uşağı binanın dağıntıları altından çıxarıblar.
Bununla yanaşı, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 26 May küçəsindəki yaşayış binasının çökməsi faktı ilə bağlı araşdırma başladılıb və yaralılarla bağlı məlumat dəqiqləşdirilir.
Achara Patrul Polis Bölməsinin rəhbərinin sözlərinə görə, hadisə yerində intensiv xilasetmə işləri aparılır və qonşu rayonlardan əlavə qüvvələr səfərbər olunur.