Tornike Onikaşvili və Sandro Melikidze Dünya Universiadasında bürünc medal qazanıblar #1TVSPORT
Gürcü dalğıclar Sandro Melikidze və Tornike Onikaşvili Çinin Çenqdu şəhərində davam edən Ümumdünya Universitet Oyunlarında bürünc medal qazanıblar.
Gürcü idmançılar üç metrdən sinxron tullanış üzrə üçüncü yeri tutublar.
Qeyd etmək lazımdır ki, bu, müstəqil Gürcüstan tarixində bu idman növü üzrə Universiadada qazanılan ilk medaldır.