"Tısbağa gölünün" doldurulması üçün alternativ mənbələr axtarılır

“Tısbağa gölü”-nün doldurulması üçün alternativ mənbələr axtarılır. Bu məqsədlə, Tbilisi Meriyası tədqiqatın keçirilməsi üçün tender elan etdi. Layihənin ehtimal olunan qiyməti  80 min lari olacaq.

Qalib gələn təşkilat geo-siyasi təqdiqat keçirəcək və su təminatı defisitinin doldurulması ilə bağlı alternativ mənbələr axtaracaq və həmin mənbələrdən su təminatı sisteminin çalışdırılması üçün layihə  sənədini tərtib edəcək.

Tısbağa gölü Mtatsminda dağının şimal ətəyində, dəniz səviyyəsindən 690,7 metr yüksəkliyində yerləşir.

Gölün dərinliyi 8,5 metrdir.