Tinatin Berdzenişvili və “Tbili Saxli” şirkətinin direktoru Birinci Kanalın yeni binası üçün elektro-mexaniki mühəndislik işlərinin aparılmasını nəzərdə tutan müqavilə imzalayıblar

 

Gürcüstan İctimai Yayımçısının yeni binasının tikintisi aktiv mərhələdədir. Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili və “Tbili Saxli” şirkətinin direktoru Malxaz Kurtanidze yayımçının yeni binasının elektro-mexaniki mühəndislik işləri ilə təmin olunmasını nəzərdə tutan müqaviləni imzalayıblar.

Tinatin Berdzenişvili şirkətin dövlət satınalmaları əsasında şəffaf şəkildə seçildiyini bildirib.

“ Televiziyanın yeni binasının tikintisinin növbəti mərhələsi başlayır ki, bu da bizim üçün çox məsuliyyətlidir. Əvvəla, mən həmişə vurğulayıram və sevinirəm ki, gürcü şirkətləri dövlət tenderlərində qalib gəliblər. Müxtəlif gürcü şirkətləri tikintinin bütün mərhələlərində iştirak edirlər. İndi mühəndislik prosesi başlayır, bu da yayım mühəndisliyi ilə bağlıdır və xüsusilə məsuliyyətlidir. Bütün proseslər açıqdır, çünki tamaşaçılarımız təkcə məzmun deyil, həm də televiziya üçün istifadə olunacaq məsuliyyətlə xərclənən vəsaiti gözləyir”- deyə Tinatin Berdzenişvili bildirib.

“Tbili Saxli” şirkətinin hüquqşünası İrina Canelidze tenderə əsasən işlərin dəyərinin 39 844 276 milyon lari təşkil etdiyini bildirib.

“Biz bu layihəyə ölkə üçün tarixi layihə kimi baxırıq. İctimai Yayımçının şirkətimizin iştirak edəcəyi müasir binaya sahib olacağı üçün şadıq. Televiziya binasının elektro-mühəndislik kommunikasiya işlərini həyata keçirəcəyik. Bu tenderdə işlərin dəyəri təxminən 40 milyon lari təşkil edir” – deyə İrina Canelidze bildirib.

Yeni televiziya binasının elektro-mexaniki sistemlərinin mühəndis işlərini “Tbili Saxli” şirkəti həyata keçirəcək. O cümlədən istilik-soyutma-ventilyasiya, yanğından mühafizə, su təchizatı-kanalizasiya, su və elektrik təchizatı-zəif cərəyan sistemləri, liftlərin təchizatı və quraşdırılması.

İctimai Yayımçının Tbilisidə Kostava küçəsi 68 ünvanında yerləşən bina-tikililəri və torpaq sahəsi 65 100 000-yə satılıb. Yayımçının yeni binası, Tbilisi, Politkovskaya küç. N31-də yerləşəcək. Tikinti 2020-ci ilin dekabrında başlayıb və 2023-cü ilin dekabrında başa çatdırılacaq.