Tinatin Berdzenişvili Teleməktəbin müəllimi Xatuna Nozadzeyə Birinci Kanalın mükafatını təqdim edib
Tinatin Berdzenişvili Teleməktəbin müəllimi Xatuna Nozadzeyə Birinci Kanalın mükafatını təqdim edib

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili 2022-ci ilin Milli Müəllim Mükafatının təqdimatı mərasimində tədbir iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.

Eyni zamanda, Tinatin Berdzenişvili tədbirdə Teleməktəbin müəllimi Xatuna Nozadzeyə Birinci Kanalın mükafatını təqdim edib .

“Burada olan hər kəsi və xüsusən də televiziya tamaşaçılarımızı Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm, onların müəllim olduqlarını dəqiq bilirəm , çünki keçən il ilk dəfə canlı yayımda idik, hələ də maskalarla və sosial məsafə ilə, ertəsi gün bizə çoxlu zənglər daxil oldu, onlar növbəti il bütün bunların bir parçası olmaq istəyirdilər. Bu səbəbdən, bu efirin bir çox müəllimə bu bayramın iştirakçısı olmaq üçün əlavə motivasiya olduğunu hesab edirəm.

Birinci Kanal da mükafat təyin edir və biz özümüzə Birinci Kanal – Teleməktəb adından qalibimizin olması hüququ tanıdıq. Teleməktəbin əhəmiyyətindən çox danışmayacağam, keçən il çox danışdıq, lakin tele-efirdə həqiqətən sehr göstərən bizim Teleməktəbin müəlliminin yenidən ilk onluğa daxil olmasına sevinirəm. Bu, kimya müəllimi Xatuna Nozadzedir, deyərdim ki, Teleməktəbin sevimli müəllimlərindən biridir. Təbrik edirik, sizinlə fəxr edirik. Həmçinin, onu da deyim ki, bu il ilk dəfə olaraq biz 1tvplay aplikasiyasında onlayn olimpiada keçirdik, 6000 6-cı sinif şagirdi qeydiyyatdan keçdi, bu o deməkdir ki, uşaqlar təhsil almaq istəyirlər, öz gadgetları ilə də olsa yenə də iştirak edirlər. Biz başqa fənnləri də əlavə etmək niyyətindəyik və hamınızı fikirlərlə bizə gəlməyə dəvət edirik, biz sizin yanınızdayıq”- deyə Tinatin Berdzenişvili bildirib.