Tinatin Berdzenişvili - Sentyabr ayından Birinci Kanalın tamaşaçıları Walt Disney produksiyasını ən keyfiyyətli səsləndirmə ilə izləyəcəklər
Walt Disney-in animasiya filmlərinin səsləndirilmə müsabiqəsində iki şirkət qalib oldu.
Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili hər iki şirkətin nümayəndələri ilə bugün televiziyada görüşdü.
Tinatin Berdzenişvili qeyd etdi ki, Sentyabr ayından Birinci Kanalın tamaşaçıları Walt Disney produksiyasını ən keyfiyyətli səsləndirmə ilə izləyəcəklər
“Bizim təşkilatda da möhtəşəm bir səsləndirmə qrupu var, ancaq bu səfər industriyaya imkan verdik ki, prosesdə iştirak etsin. Walt Disney filmlərinin səsləndirilməsi və mahnılarının gürcü versiyasının yaradılması çox məsuliyyətli bir işdir. Qürurluyam ki, iki şirkət qalib oldu və onlarla əməkdaşlıq edəcəyik. Düşünürəm ki, artıq sentyabr ayından Birinci Kanalın tamaşaçıları Walt Disney produksiyasını ən keyfiyyətli səsləndirmə ilə izləyəcəklər”, – dedi Tinatin Berdzenişvili.

