Tinatin Berdzenişvili - Mariam Biqvava Avroviziya Uşaq Mahnı Müsabiqəsində bir çox yaxşı ifaçıyla müvafiq rəqabət apardı, üçüncü yer olduqca vacib uğurdur
Tinatin Berdzenişvili - Mariam Biqvava Avroviziya Uşaq Mahnı Müsabiqəsində bir çox yaxşı ifaçıyla müvafiq rəqabət apardı, üçüncü yer olduqca vacib uğurdur

 

Mariam Biqvava Avroviziya Uşaq Mahnı Müsabiqəsində bir çox yaxşı ifaçıyla müvafiq rəqabət apardı, üçüncü yer olduqca vacib uğurdur-bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili açıqlayıb.

“Bu görüş Mariam üçün olduqca emosionaldır. Ən əsası, bizim “Raninalılar” buradadırlar. Bu uşaqlar bir növ müasir gürcü nəğmələri, keyfiyyətli musiqi kommunası yaradıblar və onları birləşdirən sevgi olduqca həyəcanvericidir. Avroviziya Uşaq Mahnı Müsabiqəsindəki nümayəndə heyətimizlə, musiqi nömrəmizlə olduqca fəxr edirik.

Gürcüstanın ədalətsizliyə məruz qalıb-qalmaması haqda çox söz-söhbət var. Təbii ki, bu haqda danışa bilərik, lakin üçüncü yer çox vacib uğurdur. Mariam Biqvava müsabiqədə bir çox yaxşı ifaçı və çoxlu yaxşı nömrələrlə layiqli rəqabət apardı. Biz razıyıq və xoşbəxtik, həqiqətən çox baxımlı şou idi. Təbii ki, biz hər zaman qalib gəlmək istəyirik, bunu bacarırıq da. Düzünü desəm, üçüncü yer bizim üçün çox vacibdir və dəyərə layiqdir. Tamaşaçılarımıza və bütün Birinci Kanal əməkdaşlarına dəstəyə görə minnətdarıq”-deyə Tinatin Berdzenişvili açıqlayıb.

Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2022-nin gürcü iştirakçısı Mariam Biqvava Gürcüstan nümayəndə heyəti ilə birlikdə Ermənistandan qayıdıb. Gürcüstanın Birinci Kanalının binasında Mariam Biqvavanı “Ranina” layihəsinin iştirakçıları və televiziyanın kollektivi qarşılayıb və üçüncü yerə çıxdığı üçün təbrik ediblər.

Gürcüstan təmsilçisi Mariam Biqvava Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2022-də üçüncü yeri tutub. Fransa təmsilçisi “Eurovision”un qalibi olub.