Tinatin Berdzenişvili Kutaisidə keçirilən Beynəlxalq Qısa Filmlər Festivalının qaliblərini mükafatlandırıb
Tinatin Berdzenişvili Kutaisidə keçirilən Beynəlxalq Qısa Filmlər Festivalının qaliblərini mükafatlandırıb

 

Kutaisi beynəlxalq qısametrajlı filmlər festivalına ev sahibliyi edib. Festival bu il ikinci dəfə keçirilirdi. Sentyabrın 24-də açılan və bu gün başa çatan festival çərçivəsində gürcü və xarici filmləri izləmək mümkün olub. Filmlərin retrospektiv nümayişi təşkil edilib, masterklaslar keçirilərək müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib.

Sandro Suladze “Gözətçilər” filminə görə ən yaxşı rejissor nominasiyasının qalibi olub. Ən yaxşı film nominasiyasında ispan əsəri “Onu sevməyi çatdıra bilmədim” qalib olub. Ən yaxşı sənədli film “Heç kim və mavi səma” (alman işi) olub. Kino tənqidçiləri mükafatını “Arının süqutu” filmi alıb.

İctimai Yayımçı qalib layihələr üçün- 5000 lari pul mükafatı təsis edib , bu mükafat ən yaxşı ssenarinin müəllifliyinə görə Qriqol Canaşia və Tina Lağidzeyə verilib.

Qaliblərə pul mükafatını İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili təqdim edib. Tinatin Berdzenişvili Gürcüstanın Birinci Kanalının rejissorların, prodüserlərin, bu sahələrdə çalışan bütün insanların yanında olduğunu açıqlayıb.

“Festivalı təbrik edirəm, gənc festivaldır, nailiyyətlər qazandığına görə çox şadam . O, çoxlu qonaqlara ev sahibliyi edir. Kutaisidə olmaq xüsusilə vacibdir, çünki bu festivalın Kutaisidə olması gürcü kinosu üçün çox simvolikdir. Qısametrajlı filmlərin yazıçının debüt işi olanda, onun həyatı tamamilə başqa cür inkişaf etməlidir.

Məhz bu səbəbdən Birinci Kanal buradadır, rejissorlar, prodüserlər və bu sənayedəki hər kəsin yanındadır. Maddi töhfədən əlavə, biz bu sənayeyə mümkün qədər mənəvi yardım edirik, çünki bu, bizim qərarımızdır və Birinci Kanalın gürcü kinosunun, məsələn eləcə də gürcü idmanının olduğu yerdə olması böyük arzumuzdur. Festivala uğurlar arzulayırıq. Kanalımız bu bir həftə ilə məhdudlaşmayacaq, festivalda əldə olunan uğurları hərtərəfli işıqlandıracaq və tamaşaçılarımıza təqdim edəcək” – deyə Tinatin Berdzenişvili bildirib.

Festivalda İctimai Yayımçının sponsorluq etdiyi və istehsal etdiyi filmlər təqdim olunub.