Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili ilə İsrailin səfiri Hadas Meitsadi arasında tanışlıq məqsədli görüş keçirilib.
Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvilinin qeyd etdiyi kimi, görüşdə birgə layihələrin həyata keçirilməsinə, Gürcüstan və İsrailin ictimai yayımçılarının daha da yaxınlaşmasına toxunulub.
“Gürcüstan və İsrailin media mühit də daxil olmaqla ortaq cəhətləri çoxdur. Səfirlə iki ölkəni daha da yaxınlaşdırmaq, birgə mədəni-təhsil proqramları, eləcə də rəqəmsal inkişaf üçün nələr edilə biləcəyi haqqında danışdıq. Birinci Kanalın bu istiqamətdə nələri planlaşdırması haqqında danışdıq. Qabaqcıl təcrübələrə və olduqca maraqlı layihələrə toxunuldu. Görüşün baş tutduğuna şadam və yeni əməkdaşlıq gözləyirik. Gürcüstan və İsrailin ictimai yayımçıları Avropa Yayımçılar İttifaqının üzvləridir və biz dost yayımçı ilə əlaqələrimizlə fəxr edirik” – deyə Berdzenişvili açıqlayıb.
Öz növbəsində, İsrailin Gürcüstandakı səfiri Tinatin Berdzenişvili ilə maraqlı görüşün keçirildiyini açıqlayıb.
“Gürcüstanın Birinci Kanalında televiziya və radionun fəaliyyəti haqqında çox şey öyrəndim. İctimai yayımçılar arasında artıq əməkdaşlıq var və biz gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik. Həmçinin, biz səfirlik olaraq birgə təhsil, ictimai və digər istiqamətlərdə layihələr üçün nə edə biləcəyimizi müzakirə etdik”- deyə səfir qeyd edib.