Tinatin Berdzenişvili - İctimai Yayımçının kollektivini beynəlxalq auditin müsbət rəyi münasibətilə təbrik edirəm, maliyyə, eləcə də dövlət satınalmalarının hesabatının auditi yoxlanılıb
Tinatin Berdzenişvili - İctimai Yayımçının kollektivini beynəlxalq auditin müsbət rəyi münasibətilə təbrik edirəm, maliyyə, eləcə də dövlət satınalmalarının hesabatının auditi yoxlanılıb

 
İctimai Yayımçının kollektivini beynəlxalq auditin müsbət rəyi münasibətilə təbrik edirəm, maliyyə, eləcə də dövlət satınalmalarının hesabatının auditi yoxlanılıb, vergi baxımından hesabatın auditini də dinlədik-bu haqda İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili açıqlayıb.

Tinatin Berdzenişvili, 2023-cü ildə İctimai Yayımçının 33 175 mühasibat və maliyyə əməliyyatı həyata keçirməsinin və heç bir xətanın olmamasının mühüm olduğunu bildirib.

“İctimai Yayımçı üçün şəffaflıq və maliyyə hesabatlılığı ən vacib komponentlərdən biridir, üstəlik də indi, 2023-cü ildə olduqca böyük satınalmalarımız oldu, çünki biz yeni səlahiyyət qazandıq və yeni binanın tikintisi prosedurlarına əməl etdik. Beynəlxalq auditin müsbət rəyi münasibətilə İctimai Yayımçının kollektivini təbrik edirəm. Maliyyə, eləcə də dövlət satınalmalarının hesabatının auditi yoxlanılıb, vergi baxımından hesabatın auditini də dinlədik. 2023-cü ildə İctimai Yayımçının 33 175 mühasibat və maliyyə əməliyyatı həyata keçirməsi və heç bir xətanın olmaması mühümdür. İctimai Yayımçının yeni binasına gəlincə, prosesin sona yaxınlaşması bizim üçün önəmlidir. Avqustun 27-də bina tamamlanmalı və İctimai Yayımçıya təhvil verilməlidir. Bundan sonra hamımızın hazırlaşdığımız köç prosesi başlayacaq. Bu, həqiqətən də olduqca genişmiqyaslı olan təkcə infrastruktur dəyişikliyi deyil” – deyə Tinatin Berdzenişvili deyib.

O bildirib ki, yeni bina dövlət satınalmaları haqqında qanuna tam uyğun, tam şəffaf şəkildə tamamlanıb və yayımçıya heç bir irad tutulmayıb.

“Auditin yekun hissəsi ilə əlaqədar deyə bilərəm ki, biz çox fəxr edirik. Bina “Dövlət satınalmaları haqqında” qanuna tam uyğun, tam şəffaf şəkildə tamamlanıb və bizə heç bir irad tutulmayıb. Yeni binaya köçmək daha bir ayrı prosesdir və ictimaiyyət hər bir addımımızı biləcək. Bu, təkcə infrastruktur dəyişikliyi deyil, həm də İctimai Yayımçının iş prosesində dəyişiklikdir, Gürcüstanın müxtəlif istehsallar, o cümlədən film istehsalı üçün çox yaxşı istifadə etməli olduğu ölkə üçün həqiqətən unikal televiziya studiyalarıdır”- deyə Tinatin Berdzenişvili bildirib.

Beynəlxalq audit şirkəti MMC “Moore abc” İctimai Yayımçının maliyyə hesabatları haqda müsbət rəy hazırlayıb.